- Atatürk Üniversitesi Edebiyat Fakültesi Dergisi
- Issue: 62
- EYNƏLQÜZAT MİYANƏCİNİN HƏYATI VƏ ZƏNGİN İRSİ/ Aynalkudat Miyaneci’nin Hayatı ve Zengin Kültürel Mira...
EYNƏLQÜZAT MİYANƏCİNİN HƏYATI VƏ ZƏNGİN İRSİ/ Aynalkudat Miyaneci’nin Hayatı ve Zengin Kültürel Mirası/ Life and Rich Heritage Aynalkuzat Miyanedji
Authors : Ülkər Məmmədova
Pages : 145-159
View : 12 | Download : 7
Publication Date : 2019-06-27
Article Type : Research
Abstract :Orta əsrlər müsəlman Şərqinin mədəni inkişafında böyük xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də Eynəlqüzat Miyanəcidir. Mənbələrdə hər zaman mütəfəkkir XII əsrin böyük filosofu, şairi və ədibi kimi xatırlanır. Onun yaradıcılığı fəlsəfi istiqamətdən daha çox tədqiq olunmuşdur. Lakin əsərlərinin dili, ifadə xüsusiyyətləri ədəbi cəhətdən araşdırmaq imkanı yaradır. Eynəlqüzat Miyanəcinin babası və atası dövrünün tanınmış şəxsiyyətləri sayılmışlar. Ümumiyyətlə, mənbələrdə mütəfəkkirin ailəsi, həyatı ilə bağlı məlumatlar azdır və bir-birlərini təkrarlayır. Lakin hər zaman orta əsr müəllifləri əsərlərində onlar haqqında yüksək fikirlər yazmışlar. Məqalədə Eynəlqüzat Miyanəcinin yaradıcılığı barədə məlumat verilmiş, onlardakı bədii xüsusiyyətlər daha geniş şərh olunmuşdur. Əqidəsi uğrunda öldürülmüş görkəmli şəxsiyyətin panteizm cərəyanının əsasını qoyması və sonrakı yüzilliklərdə yaşamış digər filosofların, İmadəddin Nəsiminin ondan təsirlənməsi bildirilmişdir. Burada əsas mənbə kimi alim "Qəribin şikayəti” əsərinə müraciət edilmişdir. Əsərdə dostluqla bağlı fikirlər Şihabəddin Yəhya Sührəvərdinin əsərilə müqayisə olunmuşdur. Əsərdə maraq yaradan mövzulardan biri Eynəlqüzat Miyanəcinin dini rəvayətə müraciətidir. Mütəfəkkir burada öz vəziyyətini Yusifin başına gələn əhvalatla müqayisə etmişdir. Müəllif ona istiqamətlənmiş ittihamların əsasında söylənilən üç məsələni deyil, cahillərin bacarıqlı insanlar qarşısında acizliyini göstərmişdir. Ümumiyyətlə, Eynəlqüzat Miyanəcinin yaradıcılığı XII əsrin elmi və ədəbi mühitinin qiymətli sərvətidir. Azərbaycan mədəniyyət tarixində onun öz yeri vardır. Azerbaycan’ın ünlü düşünürü Aynalkudat Miyaneci (1099-1131) ortaçağ Müslüman Şarkının kültürel gelişiminde büyük hizmetlerde bulunmuş şahsiyetlerden biridir. Kaynaklarda düşünür XII yüzyılın büyük filozofu, şairi ve edibi olarak anılıyor. Onun yaratıcılığı felsefi yönden daha çok araştırılmıştır. Fakat eserlerinin dili, ifade özellikleri edebi açıdan incelemek imkanı sağlar. Aynalkudat Miyaneci’nin dedesi ve babası döneminin tanınmış şahsiyetleri sayılmışlardır. Genel olarak, kaynaklarda düşünürün ailesi, hayatı ile ilgili bilgiler azdır ve birbirlerini tekrarlıyor. Fakat her zaman ortaçağ yazarları eserlerinde onlar hakkında yüksek fikirler yazmışlar. Makalede Aynalkudat Miyaneci’nin yaratıcılık konusunda bilgi verilmiş, onlardaki sanatsal özellikler daha geniş yorumlanmıştır. Akidesi uğruna öldürülmüş ünlünün panteizm akımının temelini koyması ve sonraki yüzyıllarda yaşamış diğer filozofların, İmadeddin Nesimi’nin (1369-1417) ondan etkilenmesi bildirilmiştir. Burada esas kaynak olarak alimin "Garipin şikayeti” eserine müracaat edilmiştir. Eserde dostlukla ilgili fikirler Şihabeddin Yahya Sühreverdi’nin (1154-1191) eserile mukayese edilmiştir. Eserde merak yaratan konulardan biri Eynəlqüzat Miyaneci’nin dini rivayete başvurusudur. Mütefekkir burada kendi durumunu Yusuf’un başına gelen öyküyle karşılaştırmıştır. Yazar ona yönelik suçlamaların temelinde söylenilen üç konuyu değil, cahillerin becerikli insanlar karşısında acizliğini göstermiştir. Genellikle, Eynəlqüzat Miyaneci’nin yaratıcılığı XII yüzyılın bilimsel ve edebi ortamının değerli servetidir. Azerbaycan kültür tarihinde onun muhteşem yeri vardır.Keywords : Şərq, Azərbaycan, Eynəlqüzat Miyanəci, fəlsəfə