MAHMUD KAŞĞARİ
Authors : Ebülfez Recebli
Pages : 32-46
View : 16 | Download : 8
Publication Date : 2018-12-30
Article Type : Research
Abstract :Mahmud Kaşğari nəinki ərəb dilçiliyinin Bağdad qrammatika məktəbinin, hətta bütöv ərəb dilçiliyinin fövqündə durur. Ərəb dilçiliyi ərəb xilafətində yaşayan müxtəlif xalqlardan olan, lakin ərəb dilində və ərəb dilinə aid əsərlər yazan dilçiləri əhatə etsə də, özündə birləşdirsə də, mahiyyətcə sahə dilçiliyidir, Azərbaycan dilçiliyi, rus dilçiliyi, gürcü dilçiliyi, ingilis dilçiliyi və s. kimi milli dilçilikdir. Mahmud Kaşğarinin dilçiliyi isə bəşəri dilçilikdir. Düzdür, Mahmud Kaşğari, bəzi ərəb dilçiləri kimi, 30, 40, 43, 50, 100 cildlik əsər yazmamışdır, cəmi dörd cilddən (əslində: üç cilddən) ibarət bir əsər yazmışdır (onun ikinci əsəri hələ tapılmamışdır, bəlkə də heç olmamışdır), lakin o, bu bir əsərdə dilçilikdə iki istiqamətin – iki məktəbin yox, iki cərəyanın yox, iki istiqamətin əsasını qoymuşdur: müqayisəli dilçilik və türkologiya.Keywords : Kaşğari, kelime, dilbilgisi, Türkçe, dilbilim