Azərbaycan Xalq Rəqslərinin Təsnifatı
Authors : Rauf Bəhmənli
Pages : 1745-1757
View : 16 | Download : 6
Publication Date : 2017-12-15
Article Type : Research
Abstract :Azərbaycan xalq musiqisinin çox geniş yayılmış növlərindən biri də rəqslərdir. Mədəniyyət incilərimizdən sayılan rəqs sənəti qədim dövrlərdən zəmanəmizə kimi yaşayaraq xalqımızın adət-ənənəsini, insanların ictimai həyat tərzini, məişətini, estetik zövqünü özündə əks etdirmişdir. rəqslərin hər birinə onların özünəməxsus musiqi dilinə, intonasiyasına, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. Bu sahədə çalışan görkəmli musiqişünaslarımızdan Məmmədsaleh İsmayılovun, Bayram Hüseynlinin, Əhməd İsazadənin və başqalarının elmi əsərlərində, tədqiqat işlərində rəqslərin təsnifatı məsələlərinə də toxunulmuşdur. Aparılan araşdırmada rəqslərin müxtəlif tərtibatda göstərilmiş əvvəlki təsnifatları da nəzərə alınmış, onların oxşar və fərqli cəhətləri müqayisəli şəkildə təhlil edilərək yeni səpgidə təşkil edilmişdir.Keywords : oyun havaları, müqayisə, təsnifat, təhlil, əsər