- Rast Müzikoloji Dergisi
- Vol: 4 Issue: 2 Special Issue
- Azərbaycanda Xanəndəlik Sənətinin Inkişaf Xüsusiyyətləri
Azərbaycanda Xanəndəlik Sənətinin Inkişaf Xüsusiyyətləri
Authors : Əhsən Əhmədov
Pages : 1217-1224
View : 20 | Download : 10
Publication Date : 2016-08-15
Article Type : Research
Abstract :Xanəndəlik sənəti qədim ustad ənənələrinə əsaslanan bir sənətdir. Xanəndələr ustadlarından muğamın sirlərini öyrənərək, ənənələrini davam və inkişaf etdirirlər və özünəməxsus xüsusiyyətlərlə zənginləşdirirlər. Xanəndələr - klassik ənənələrə əsaslanan muğam ifaçısı olub, musiqi mədəniyyətini öz yaradıcılıq - ifaçılıq fəaliyyəti ilə zənginləşdirmişdir. Xanəndələrin sazanda dəstələrinin müşayiətilə ifa edərək yaratdıqları muğamlar nadir sənət nümunələri kimi milli musiqi xəzinəsinə daxil olmuşdur. Eyni zamanda, xanəndələr – öz biliklərini və ənənələrini gələcək nəsillərə ötürən ustad, müəllimdir, Azərbaycan bəstəkarlarının operalarında və vokal-instrumental əsərlərində əsas partiyalarda çıxış edən konsert və opera ifaçısıdır. Xanəndə kadrlarının hazırlanması, konsertlərdə və muğam operalarında çıxış edən xanəndələrin yetişməsində Azərbaycanın ustad xanəndələrinin əməyi qeyd olunmalıdır.Keywords : muğam, xanəndə, ənənələr, konsert, opera