- Rast Müzikoloji Dergisi
- Vol: 4 Issue: 2 Special Issue
- Aqşin Əlizadə Yaradiciliğinda Yeni Təmayüllərin Əksi(Müvafiq Əsərlər Nümunəsində)
Aqşin Əlizadə Yaradiciliğinda Yeni Təmayüllərin Əksi(Müvafiq Əsərlər Nümunəsində)
Authors : Aybəniz Növrəsli
Pages : 1200-1204
View : 17 | Download : 6
Publication Date : 2016-08-15
Article Type : Research
Abstract :Təqdim edilən məqalədə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Aqşın Əlizadənin yaradıcılığı XX əsr musiqi mədəniyyəti məcrasından araşdırılaraq təhlil olunmuşdur. O, Azərbaycan milli musiqisinin ilk neofolklorçu bəstəkarı, Qara Qarayev ənənələrinin mahir davamçı və inkişafçısı, bir sözlə, bir çox yeniliklərə imza atan bəstəkar olmuşdur. Belə ki, o, Azərbaycan milli musiqili teatr janrları içərisinə mühüm əlavələr edərək ilk milli qəhrəmanlıq baleti –"Babək”in yaradıcısı olmuşdur. Bundan əlavə, simfonik və kamera orkestri, kamera –instrumental yaradıcılıq sahəsindəki yenilikləri də danılmazdır. O, neofolklorçu bəstəkar olmaqla yanaşı, neoklassik cərəyanın da parlaq nümayəndəsi olmuş, bir çox müasir bəstəkarlıq texnikalarını öz yaradıcılığında təcəssüm etdirmişdir. Onun "Aşıqsayağı”, "Pastoral”, "Cəngi” kimi əsərləri kamera orkestri üçün yazılmış ilk janr şəkilləridir.Keywords : Aqşın Əlizadə, bəstəkar, neoklassisizm, neofolklorizm, süita, simfoniya, balet, milli ənənə, xor