- Rast Müzikoloji Dergisi
- Vol: 4 Issue: 2 Special Issue
- Tofiq Quliyevin Dram Əsərlərinə Bəstələdiyi Musiqi (A. Saqareli’nin "Xanuma" Pyesinə Yazıl...
Tofiq Quliyevin Dram Əsərlərinə Bəstələdiyi Musiqi (A. Saqareli’nin "Xanuma" Pyesinə Yazılmış Musiqinin Bəzı Dramaturji Xüsusiyyətləri)
Authors : Mehparə Rzayeva
Pages : 1195-1199
View : 19 | Download : 11
Publication Date : 2016-08-15
Article Type : Research
Abstract :XX əsr Azərbaycan musiqi mədəniyyətinin ən parlaq nümayəndələrindən – Xalq Artisti, bəstəkar və dirijor Tofiq Quliyev yaradıcı ömründə müxtəlif musiqi janrlarına müraciət edərək , misilsiz əsərlər yaratmış ki, onların hər biri milli incəsənətimizin əhəmiyyətli tarixçəsinə cevrilmislər.Təqdim olunmuş məqalə bəstəkarın yaradıcılıgının tədqiq edilməmiş musiqi sahəsinə həsr edilib. Məqalədə XX əsrdə Azərbaycanda teatr sənətinin inkişafı, bu sahədə çalışmış bəstəkarların, o cümlədən də Tofiq Quliyevin töhfəsi araşdırılmışdır. Bəstəkar bu sahədə bir sıra pyeslərə musiqi bəstələyərək (V. Şekspir "On ikinci gecə” 1945, C. Cabbarlı "Yaşar” 1946, A. Saqareli "Xanuma” 1975 və s.) tamaşalara xüsusi rəng qataraq, dramaturji inkişafı dinamikləşdirmişdir. Tofiq Quliyevin musiqisini bəstələdiyi "Xanuma” pyesi 1975-ci ildə səhnələşdirilmiş ən uğurlu və tamaşaçı axınına səbəb olmuş tamaşa olmuşdur.Keywords : Tofiq Quliyev, dram əsərlərinə musiqi, “Xanuma” tamaşası, musiqi dili, dramaturji inkişaf, faktura, məzmun