Cahangir Cahangirovun Yaradıcılığında Mahnı Janrının Rolü
Authors : Dilbər Əhmədova
Pages : 1031-1036
View : 21 | Download : 9
Publication Date : 2015-09-15
Article Type : Research
Abstract :Məqalədə görkəmli Azərbaycan bəstəkarı C.Cahangirovun mahnı yaradıcılığı nəzərdən keçirilir. Müəllif mahnıları mövzu dairəsinə, janr xüsusiyyətlərinə görə səciyyələndirir. Xüsusilə bəstəkarın mahnı yaradıcılığında milli musiqi mənbələrinə - xalq mahnısına, muğama münasibəti məsələlərinə diqqət yetirilir ki, bunların yaradıcılıqla təcəssüm olunması bəstəkarın mahnılarına yeni cizgilər aşılayır. C.Cahangirovun yaradıcılığının bütün mərhələlərində meydana gəlmiş mahnıları izlədikdə, onun böyük bir təkamül yolu keçdiyini, mövzu, obraz və janr cəhətdən rəngarəng nümunələrin yarandığını görərik. Cahangir Cahangirovun mahnıları Azərbaycan musiqi xəzinəsində layiqli yer tutmaqla yanaşı, həmçinin, gənc bəstəkarlar nəsli üçün örnək ola biləcək gözəl sənət nümunələridir.Keywords : vokal, mahnı, tematika, janr xüsusiyyətləri, yaradıcılıq