RAMİZ MİRİŞLİNİN YARADICILIQ ÜSLUBUNA BAXIŞ
Authors : Naibə Şahməmmədova
Pages : 989-993
View : 19 | Download : 8
Publication Date : 2015-09-15
Article Type : Research
Abstract :Azərbaycan Respublikasının xalq artisti Ramiz Mirişli – çoxcəhətli yaradıcılığında milli və dünya musiqisinin ənənələrini birləşdirək, öz orijinal yaradıcılıq üslubunu yaratmış bəstəkardır. R.Mirişlinin əsərlərində bəstəkarın rəngarəng musiqi dünyası təcəssüm olunur. Öz melodikliyi ilə yaddaşlara həkk olunan bəstəkar musiqisinin milli köklərlə bağlılığı özünü qabarıq büruzə verir. R.Mirişlinin yaradıcılığında musiqi sənətinin bir çox janrları və formaları: operettalar, kantatalar, simfonik musiqi, o cümlədən tar və simfonik orkestr üçün konsert, xalq çalğı alətləri orkestri üçün əsərlər, eləcə də kamera musiqisi, fortepiano və vokal əsərləri, teatr tamaşalarına və filmlərə musiqi öz əksini tapmışdır. R.Mirişlinin əsərlərində insan hisslərinin mürəkkəb aləminin təcəssümünün əsas ifadə vasitəsi olan xalq musiqisinin zəngin intonasiya təbiəti aydın hiss olunur. Bütövlükdə, fərdi, milli və klassik xüsusiyyətlərin, o cümlədən XX əsrin musiqisinə xas olan ayrı-ayrı ifadə vasitələrinin qovuşdurulması, R.Mirishli yaradıcılığı üçün xarakterik olan musiqi ifadəsinin, aparıcı üslubudur.Keywords : Ramiz Mirişli, mahnı janrı, xalq çalğı alətləri orkestri üçün musiqi