Azərbaycan Operası və Xanəndəlık Sənətı
Authors : Vüsalə Əsgərova
Pages : 909-914
View : 28 | Download : 11
Publication Date : 2015-09-15
Article Type : Research
Abstract :Azərbaycan operasının muğam ifaçılığı ənənələrinə əsaslanması - muğam operası kimi yeni bir janrın təşəkkül tapmasını şərtləndirdi. Muğam ifaçılarının – xanəndələrin əsas rollarda iştirakı bir sıra peşəkar hazırlıq tələb edən yaradıcılıq məsələlərinin həllinə təkan verdi. Bir tərəfdən, xanəndəlik sənətində opera artisti kimi yeni fəaliyyət sahəsi meydana gəldi, digər tərəfdən, opera sənətində milli ifaçılıq üslubunun əsası qoyuldu. Ü.Hacıbəylinin "Leyli və Məcnun”, "Əsli və Kərəm”, Z.Hacıbəylinin "Aşıq Qərib”, M.Maqomayevin "Şah İsmayıl” muğam operaları Azərbaycan Dövlət Opera Teatrının daimi repertuarının əsasını təşkil edir. Bu opera tamaşalarında tanınmış xanəndələrlə yanaşı, gənc muğam ifaçıları da iştirak edir ki, bu da onlar üçün əsil yaradıcılıq nailiyyəti hesab olunur. Xanəndələr, həmçinin, Azərbaycan bəstəkarlarının yaratdıqları klassik operalarda da çıxış edirlər.Keywords : opera, xanəndə, bəstəkar, janr, üslub