- Motif Akademi Halkbilimi Dergisi
- Vol: 8 Issue: 15
- XALQIN TƏHTƏLŞÜURUNDA YAŞATDIĞI SİNƏDÖYMƏ GƏLƏNƏYI VƏ TİBBİ GERÇƏKLİK: TIMUS VƏZİNİN ÜZƏRİNƏ VURULMA...
XALQIN TƏHTƏLŞÜURUNDA YAŞATDIĞI SİNƏDÖYMƏ GƏLƏNƏYI VƏ TİBBİ GERÇƏKLİK: TIMUS VƏZİNİN ÜZƏRİNƏ VURULMASININ FAYDASI (QUMUQ VƏ AZƏRBAYCAN AĞILARI ƏSASINDA)
Authors : Aynur Qezenferqizi
Pages : 141-146
View : 8 | Download : 2
Publication Date : 2015-12-01
Article Type : Other
Abstract :Qədim türklərdə və Şamanizm gələnəyində sinəyə döymə haqqında mətnlər var. Lakin uzun illər araşdırıcılar sinəyə döymə davranışının refleksiv reaksiya olduğunu iddia edirdilər. İslamı qəbul etdikdən sonra bu ənənələrin bir çoxu pisləndi və yasaqlandı. Ancaq insanlar bəzi ənənələri unuda bilmədilər. Bunlardan biri də sinəyə döymə idi. 15-ci əsrdə Şah İsmayıl Xətai Səfəvilər təriqəti ilə bu gələnəyi qanuniləşdirdi. Beləliklə də, insanlar Səfəvi təriqəti ilə ildə bir dəfə Məhərrəmlik ayında sinəyə döymə ənənəsi rəsmiləşdi. İnsanlar xüsusilə, Aşurə günündə ağlayaraq sinələrinə döyürlər. Beləliklə də bu ənənə İslam dininin tələbi kimi insanların şüurunda özünə yer tutur. Bu gün qadağalara baxmayaraq, bu ənənə hələ də İslam adı altında yaşayır. Bir çox İslam və Avropa alimləri sinəyə döymənin mazoxizmin xüsusiyyəti olduğunu iddia edirlər. Lakin son zamanlar araşdırıcılar sübut etdilər ki, sinəyə döymə gələnəyi ilə mazoxizmin arasında heç bir əlaqə yoxdur, əksinə, bunun humanist və refleksiv davranışdır və sinəyə döyərkən timus vəzi sayəsində insanın immun sisteminin gücləndir, sahibinə müsbət enerji verir və beləliklə də insan çəkdiyi əziyyətə qarşı daha dözümlü olur. Bunu da qadınlarımızın vay- şivən zamanı minilliklərdən gələn ənənənin təxtəlşüurda özünə yer tapması və təzahürü kimi qiymətləndirmək lazımdır. Məqalədə timus vəzi və sinəyədöymə ənənəsi haqqında danışılacaq.Keywords : Timus, ənənənlər, ritual, tibbi kəşflər, qadınların sinəyə döymələri