- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 10 Sayı: 6
- Naxçıvanın Orta Əsr Türbə və Məscid Kitabələri Xarici Şərqşünasların Tədqiqatlarında...
Naxçıvanın Orta Əsr Türbə və Məscid Kitabələri Xarici Şərqşünasların Tədqiqatlarında
Authors : Afaq Quluzadə
Pages : 2073-2087
Doi:10.46868/atdd.2023.582
View : 44 | Download : 118
Publication Date : 2024-01-23
Article Type : Research
Abstract :Tarix elminin epiqrafika sahəsi paleoqrafiyaya yaxın bir fənn kimi, kitabələrin, daha doğrusu, müxtəlif materiallar – daş, qaya səthləri, gil və terrakot (bişirilmiş gil əsaslı material), ağac, metal, dəri, sümük, saxsı, parça, şüşə üzərində müxtəlif üsullarla yerinə yetirilən yazıların elmi tədqiqi deməkdir. Yunanca “cızmaq”, “daş üzərində cızmaq” mənasını verən epiqrafik abidə anlayışının tərifi əsasən XX əsrin 30-50-ci illərində formalaşmışdır. Bu materiallar üzərindəki kitabələr xüsusi tarixi və mədəni irs fondudur. Epiqrafik yazılar yaşayış məskənlərinin tarixinin araşdırılması, yerli əhalinin sosial tərkibi haqqında məlumat əldə edilməsində rolu olan mühüm köməkçi mənbələrdir. Tədqiqat obyekti kimi seçilən Naxçıvan bölgəsinin XII-XV əsrlərə aid ərəb-farsdilli epiqrafik materialları kəmiyyət etibarilə az olsa da, xətt xüsusiyyətləri, mətnlərin tərtibi, kitabələrin həkk edildiyi materialın müxtəlifliyi, mətnlərdəki tarixi faktların əhəmiyyəti baxımından sonrakı dövrün kitabələrindən daha dolğun və zəngindir.Keywords : Yusif bin Kuseyir türbəsi, Möminə xatun türbəsi, epitafiya, Əcəmi Naxçıvanı, Qarabağlar türbəsi, ərəb epiqrafikası, kufi xətti