- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 10 Sayı: 5
- Don Cümhuriyəti və Güney Rusiya Silahlı Qüvvələrinin Azərbaycan Xalq Cümhuriyəti ilə münasibətləri (...
Don Cümhuriyəti və Güney Rusiya Silahlı Qüvvələrinin Azərbaycan Xalq Cümhuriyəti ilə münasibətləri (1918-1920)
Authors : Ikram Ağasiyev, Seyid Məmmədzadə
Pages : 1287-1300
View : 97 | Download : 91
Publication Date : 2023-11-03
Article Type : Research
Abstract :Məqalə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Don Respublikası və Cənubi Rusiya Silahlı Qüvvələri ilə münasibətlərinə həsr edilmişdir. 1918-ci ilin yanvarında Don çayı hövzəsi ərazilərində Don Respublikası yaradılmışdır. Əhalisi əsasən Don kazaklarından ibarət olan bu respublika General Krasnovun hakimiyyəti illərində bütün qonşu dövlətlərlə, o cümlədən Osmanlı və Azərbaycan dövlətləri ilə dostluq əlaqələri yaratmağa çalışırdı. 1919-cu ilin yanvarında General Denikin Cənubi Rusiya Silahlı Qüvvələri adlı hərbi-inzibati qurum yaratdı. Denikin keçmiş Rusiya imperiyasını bərpa etməyi planlaşdırırdı və ilk işğal etdiyi torpaqlardan biri Don respublikası olmuşdur. Bu səbəbdən Don Respublikası-Azərbaycan münasibətləri Azərbaycan-Denikin münasibətləri məzmunu daşımağa başlamışdır. Azərbaycanla Denikin arasında münasibətlər ziddiyyətli olmuşdur: belə ki, Denikin Azərbaycanın müstəqilliyini tanımaq istəmirdi, onu Rusiya ərazisi hesab edirdi.Keywords : Don Respublikası, Denikin, Dağlı Respublikası, Kazaklar, Cənubi Rusiya Silahlı Qüvvələri, General Krasnov