- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 10 Sayı: 4
- İslam Əməkdaşliq Təşkilatinin Fəaliyyətində Heydər Əliyevin Rolu
İslam Əməkdaşliq Təşkilatinin Fəaliyyətində Heydər Əliyevin Rolu
Authors : Gülnarə Şirəliyeva
Pages : 1057-1066
View : 45 | Download : 70
Publication Date : 2023-09-26
Article Type : Research
Abstract :Müstəqil Azərbaycana rəhbərlik dövrü çətin siyasi-iqtisadi mərhələyə təsadüf etsə də, milli lider Heydər Əliyev yeni dövlətin qurucülüq konsepsiyasını, daxili və xarici siyasətini xalqın mentalitetinə uyğun olaraq düzgün müəyyən edə bilmişdir. Öz ölkəsini qabaqcıl islam mərkəzi kimi görmək istəyən Heydər Əliyev Azərbaycanın Şərqlə və islam ölkələri ilə əlaqələrinə böyük əhəmiyyət verirdi. Ümumilli lider islam dininin müxtəlif aspektləri ilə bağlı ölkə problemlərini həll edərkən və dünya ölkələri ilə qarşılıqlı əlaqələrin istiqamətlərini müəyyən edərkən məhz bu mənbədən çıxış edirdi. Heydər Əliyevin İƏT çərçivəsində fəaliyyəti və Azərbaycan dövlətinin lideri olaraq müstəqil xarici siyasət kursu islamın Azərbaycan xalqının milli mədəniyyətinin bir parşası olduğunun təsdiqidir. Heydər Əliyevin islam dəyərlərinin qorunaraq inkişaf etdirilməsi siyasəti bü gün də uğurla davam etdirilir.Keywords : İslam Əməkdaşlıq Təşkilatı, Heydər Əliyev, müsəlman ölkələri, Azərbaycanın xarici siyasəti, islam həmrəyliyi