- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 10 Sayı: 2
- Güney Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin təmin edilməsində "Şuşa Bəyannaməsi"nin ...
Güney Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin təmin edilməsində "Şuşa Bəyannaməsi"nin rolu
Authors : Mübariz Ağalarli
Pages : 258-274
View : 169 | Download : 542
Publication Date : 2023-06-25
Article Type : Research
Abstract :Sovet imperiyası dövründən miras qalan etnik münaqişə ocaqlarından biri də Dağlıq Qarabağ konflikti olmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra (18 oktyabr 1991-ci il) bu münaqişə daha da böyüyərək Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olmuş, Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi mərhələsinə qədəm qoymuşdur. Bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuşdur. Müxtəlif beynəlxaq və regional təşkilatlarda. ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində münaqişənin siyasi həllinə nail ola bilməyən Azərbaycan Respublikası, bu tarixi ədalətsizliyi hərbi-siyasi güc vasitəsilə həll etmək iradəsini ortaya qoyaraq, BMT TŞ dörd qətnaməsinə uyğun olaraq, 2020-ci il sentyabrın 27- dən etibarən Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində "Sülhə məcbüretmə” ("Əks həmlə” əməliyyatı – M.A.) əməliyyatına başlamışdı. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-na kimi baş vermiş II Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu erməni işğalçılarını ağır məğlubiyyətə uğradaraq Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları düşmən işğalından azad etmiş və bölgədə yeni reallıqlar yaratmışdır. Ermənistanın acınacaqlı vəziyyətdən xilas etmək üçün Rusiyanın prosesə müdaxiləsi nəticəsində, 10 noyabr 2020-ci ildə Ermənistanın siyasi və hərbi məğlubiyyətini təsdiq edən kapitulyasiya aktı imzalanmışdır. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamışlar.Keywords : Güney Kafkasya. Azerbaycan, Türkiye, “Şuşa Beyannamesi”, barış ve güvenlik