- Akademik Tarih ve Düşünce Dergisi
- Vol: 9 Issue: 3
- Cinayət Təqibinin Mərhələləri (Nəzəri Mülahizələr)
Cinayət Təqibinin Mərhələləri (Nəzəri Mülahizələr)
Authors : Hikmet Eyvazov
Pages : 678-687
View : 11 | Download : 8
Publication Date : 2022-10-08
Article Type : Research
Abstract :Bu məqalədə qeyd olunur ki, cinayət təqibi prosessual fəaliyyətdir, cinayət təqibinin başlanması onun inkişaf mərhələlərini fərqləndirməyə imkan yaradır. Hesab edilir ki, cinayət təqibi üzrə fəaliyyətin mərhələləri məsələsində yanaşma tətbiq edilməlidir. Məqalədə hüquq ədəbiyyatında cinayət təqibinin mərhələləri ilə bağlı həm klassik cinayət prosesi nümayəndələri, həm də müasir tədqiqatçıların yanaşmalarının müqayisəli təhlili aparılır. Geniş nəzəri təhlillər əsasında belə nəticəyə gəlinir ki, Cinayət təqibinin mərhələli fəaliyyət kimi nəzərdən kecirilməsi vacibdir. Onun iki - məhkəməyədək icraat və məhkəmə icraatı üzrə diferensiallaşmış şəkildə həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulur və hər bir mərhələnin özünəməxsus cəhətlərinin bu fəaliyyətə təsiri labüddür. Bu fəaliyyətin məzmun elementləri ilə bağlı müxtəlif yanaşmalar olmasına baxmayaraq hesab edilir ki, nəzəri yanaşma düzdür, tədqiqatın ana xəttinin müəyyən edilməsinə və təcrübi fəaliyyətin səmərəliliyinə xidmət edir.Keywords : Cinayət Prosesi, Cinayət Təqibi, Mərhələ, Məhkəməyədək Icraat, Məhkəmə Icraatı