- Akademik Tarih ve Düşünce Dergisi
- Vol: 9 Issue: 2
- Rus Mühacirət Ədəbiyyatının Tarixi və Mədəni Formalaşması, Təkamülü ( Mühacirət Ədəbiyyatının İdeya-...
Rus Mühacirət Ədəbiyyatının Tarixi və Mədəni Formalaşması, Təkamülü ( Mühacirət Ədəbiyyatının İdeya-Siyasi İstiqamətləri)
Authors : Alish AGHAMİRZAYEV
Pages : 470-483
View : 11 | Download : 5
Publication Date : 2022-06-30
Article Type : Research
Abstract :Məqalədə XX əsr boyu rus mühacirət ədəbiyyatının inkişafı, xarakterik xüsusiyyətləri, rus mühacirət ədəbiyyatı dalğalarının ideya-siyasi istiqaməti, ədəbi mübarizə metodları haqqında bəhs olunur. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə "azad ədəbiyyata” təzyiqlərin başladı, hakim proletar ideologiya ilə barışmayan ziyalı təbəqəsi mühacirətə üz tutdu. Mühacirətdə təşkilatlanaraq rus klassik ədəbiyyatı ənənələrini davam etdirərək dünya ədəbiyyatında yeni ədəbi hadisənin – rus mühacirət ədəbiyyatının əsasını qoydular.Rus mühacirət ədəbiyyatının hər üç dalğasının səciyyəvi cəhətləri, ədəbi mübarizə metodları haqqında məqalədə məlumat verilir. Mübarizə üsullarından asılı olmayaraq rus mühacirət ədəbiyyatının bütün inkişafı dövründə başlıca xüsusiyyəti rus milli-mənəvi davranış tərzini, tarixi ənənəvi missiyanı daşıması olmuşdur. Mühacir ədiblər əsas vəzifələri kimi mühacirətdə milli-mənəvi dəyərləri, tarixi yaddaşı yaşatmaq, milli kimliyi qoruyub saxlamaqla nəsillər arasında əlaqənin qırılmamasına çalışırdılar. Eləcədə, dünya ölkələrini rus ictimai fikri və mədəniyyətinin nailiyyətləri ilə tanış etməyi özlərinin borcu sayırdılar. Mühacir ədəbi düşüncəsində əsas məqsəd rus milli-mənəvi dəyərlərinin qorunub yaşadılması, "rus milli ideyasına” xidmət etmək olmuşdur. Sovet ideologiyası tərəfindən sıxışdırılan rus milli ideyasının xilas olunaraq yaşadılması və inkişaf etdirilməsi onların tarixi missiyası kimi özünü göstərmişdirKeywords : Mühacir ədəbiyyatı, rus muhacirəti, mühacirətin dalgaları, mühacirətin mahiyyəti, milli mühacirət, mühacirətdə ədəbiyyat.