- Akademik Tarih ve Düşünce Dergisi
- Vol: 8 Issue: 3
- İlyas Əfəndiyevin Hekayələrində Xalq Yaradıcılığının İzləri
İlyas Əfəndiyevin Hekayələrində Xalq Yaradıcılığının İzləri
Authors : Reyhan Mənəfova
Pages : 952-967
View : 17 | Download : 10
Publication Date : 2021-09-25
Article Type : Research
Abstract :İlyas Əfəndiyev mütəffəkir sənətkardır. Onun yaradıcılığı aydın və dərin fəlsəfəsi xalq mənəviyyatından qidalanır. Çünki İ.Əfəndiyevin yaradıcılığı xalq həyatı fonunda inkişaf edərək öz yolunu tapmışdır. Yazıçının əsərlərində geniş yer tutan xalqımızın milli-mənəvi dəyərlərinin gənc nəslin tərbiyəsində müstəsna rolunun olduğu danılmaz bir faktdır. Bu əsərlərin həm də istər bədii cəhətdən, istərsə də məna yükü etibarı ilə ədəbiyyatın inkişafında müstəsna əhəmiyyətə malik olması yazıçının ruhunun zənginliyindən xəbər verir. İ.Əfəndiyevin daim xalqla iç-içə yaşayan bir sənətkar olması, əsərlərinə xalqın içərisindən qəhrəmanlar seçməsi ilk növbədə onun böyük vətənpərvər olduğunun sübutudur. İ.Əfəndiyev fəlsəfəsinin mayasında dayanan azərbaycançılıq ideyası da bu əsərlərdən aydın görünür. Məqalədə, İlyas Əfəndiyevin xalq yaradıcılığı örnəkləri əsasında yazılmış bəzi hekayələri araşdırılaraq təhlil edilmiş, digər folklor nümunələri ilə müqayisələr aparılmışdır. Məqalədə həmçinin, İlyas Əfəndiyevin hekayələrində milli-mənəvi dəyərlər, xalqın tarixi keçmişinin izlərinin insanların tərbiyəsinə təsiri faktının vacibliyi məsələsi də araşdırılmışdır.Keywords : xalq ənənələri, milli özünüdərk, mənəvi dəyərlər, estetik gözəllik, bədii priyom