- Akademik Tarih ve Düşünce Dergisi
- Issue: 2
- ABŞ və Azərbaycan arasında iqtisadi və enerji təhlükəsizlik sahələrində əlaqələr (1992-2000-ci illər...
ABŞ və Azərbaycan arasında iqtisadi və enerji təhlükəsizlik sahələrində əlaqələr (1992-2000-ci illər)
Authors : Asker ZEYNALABDİNOV
Pages : 651-663
View : 9 | Download : 4
Publication Date : 2021-06-25
Article Type : Research
Abstract :XX əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılmasından sonra formalaşan dünya düzənində əsas güc mərkəzinə çevrilən ABŞ yeni müstəqillik əldə etmiş ölkələrlə siyasi və iqtisadi münasibətlərin qurulmasına xüsusi önəm verməyə başladı. Bu baxımdan ABŞ-Azərbaycan iqtisadi münasibətləri 1992-2000-ci illər ərzində fərqli yönümdə inkişaf etməyə başladı. 1993-cü ilə qədər olan dövrdə iqtisadi sahədə bir sıra müqavilələr imzalansa da, geniş sferada ikitərəfli iqtisadi münasibətlərə nail olunmadı. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması ABŞ-Azərbaycan iqtisadi və enerji təhlükəsizlik əlaqələrində yeni mərhələnin başlanğıcını qoydu. Bundan sonra ABŞ-Azərbaycan arasında bir sıra neft yataqlarının işlənilməsi ilə bağlı müqavilələrin imzalanması iqtisadi sferada qarşılıqlı münasibətlərdə müsbət dinamikaya səbəb oldu.Keywords : ABŞ, Azərbaycan, neft, müqavilə, iqtisadi münasibətlər