Qarabağın Alban-Qıpçaq tarixinə dair
Authors : Ramin ƏLİZADƏ, Elnur NƏCİYEV
Pages : 2578-2593
View : 8 | Download : 5
Publication Date : 2020-12-30
Article Type : Research
Abstract :Məqalədə Qarabağın Alban-Qıpçaq tarixinə qısaca nəzər salınır. Məlum olduğu kimi Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi və qədim türk yurdudur. Bu yurdun tarixində orta əsrlərdə ən fəal türk tayfalarından olan qıpçaqlar dərin iz buraxıblar. Bu izlərə istər bölgədə qorunub saxlanılan tarixi abidələrdə, istər tədqiq etdiyimiz dövrün tarixinə dair müxtəlif dilli mənbələrdə, istər yer-yurd adlarında, istərsə də xalqın yaddaşında rast gəlinir. Qarabağda bu gün qəsdən dolaşıq vəziyyətə salınan alban tarixi qıpçaq tayfalarının Azərbaycanın bu qədim torpağındakı tarixi ilə paralel şəkildə tədqiq olunarsa bütün suallara asanlıqla cavab tapmaq olar. Alban-Xaçın knyazlığının bugünkü Gürcüstan hüdudlarında tarixən yaşamış olan qıpçaqlarla qohumluq əlaqələri, Qarabağdakı alban kilsələrinin kitabələrində qorunub saxlanılan şəxs adları, Azərbaycan Səfəvilər dövləti dövründə otuzuikilər adlanan tayfa birliyinin tərkibindəki qıpçaq mənşəli 8 oymağı, alban məliklərinin 1723-cü ildə Rusiya imperatoru I Pyotra məktubunda öz əksini tapan alban türkü ifadəsi və başqa bu kimi faktların ümumi şəkildə tədqiq olunması Qarabağda alban-qıpçaq tarixinə şahidlik edir.Keywords : Azerbaycan, Qarabağ, Qıpcaq, Alban, Türk