- Akademik Tarih ve Düşünce Dergisi
- Vol: 5 Issue: 18
- Dram Əsərlərinin Azərbaycan Türkçəsindən Ruscaya Tərcümə Problemləri Üzərinə
Dram Əsərlərinin Azərbaycan Türkçəsindən Ruscaya Tərcümə Problemləri Üzərinə
Authors : Aytan MAMMADLİ
Pages : 545-557
View : 9 | Download : 3
Publication Date : 2018-12-23
Article Type : Research
Abstract :Azərbaycan dramaturqiyasının XX əsrin əvvəlindən başlayaraq Ruscaya tərcümə edilməsi prossesi başlayır. Bu prosses Sovet dövründə daha da güclənir. Məqalədə Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mirzə İbrahimovun, Hüseyn Mehdinin, İlyas Əfəndiyevin, Elçinin, Anarın dramaturji materiallarına dayanılaraq dram əsərlərinin Azərbaycan Türkçəsindən Ruscaya tərcümə xüsüsiyyətləri üzərində durulmuşdur. Təməli Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdulrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəylinin dramatik əsərlərinə dayanan zəngin dramaturji material və onun sənətkarlıq xüsusiyyətləri təhlil edilmiş, yeri gəldikcə ayrı-ayrı nümunələrə istinad edilərək dramatik əsərlərin Azərbaycan Türkçəsindən Rusçaya tərcümə özəllikləri araşdırılmışdır. Bu əsərlərin böyük əksəriyyəti səhnələşdirildiyi üçün bu örnəklərdə dramaturq zəhməti və sənətkarlığı ilə rejissör zəhməti və sənətkarlığı bir birini tamamlamışdır. Şübhəsiz ki, bu tərcümələrin hamısı eyni bədii keyfiyyətə malik değildir. Başqa-başqa dil sistemlərini təmsil edən Rusca və Azərbaycan Türkçəsi adekvatlık, məna və şəkil, intonasiya və ritm özəlliklərinin tapılması hər iki dilin ifadəlik imkanlarının səhnə şərçivəsində ortalığa çıxarılması həm yüksək səviyyədə yığcamlık-lakoniklik, poetik rəngarənglik tələb etməkdədir. Şübhəsiz ki, bədii əsərin ideal tərcüməsi mümkün deyildir. Ancaq bu ideala yaxınlaşmaq dramaturqun ideya, bədii sənətkarliq və estetik aləminin ifadə olunması ciddi əhəmiyyət daşıyır. Məqalədə yeri qəldikcə konkret nümunələr göstərilərək nəzəri təhlil də aparılmışdir.Keywords : Tərcümə, Tərcümə Problemləri, Dramaturgiyanın Tərcüməsi, Tərcümə Dəqiqliyi, Tərcümə Sənəti, Azərbaycan Dramaturqiyası.