- Dünya Dilleri, Edebiyatları ve Çeviri Çalışmaları Dergisi
- Vol: 1 Issue: 1
- Yusif Xas Hacib'in "Qutadqu-Bilik" Əsərinde Türk Dövlət Modeli
Yusif Xas Hacib'in "Qutadqu-Bilik" Əsərinde Türk Dövlət Modeli
Authors : Aynur Cəlilova
Pages : 59-70
View : 9 | Download : 5
Publication Date : 2020-06-30
Article Type : Research
Abstract :Türk ədəbiyyatının "Şahnamə" si və "Siyasətnamə"si kimi qəbul edilən "Qutadqu-bilik" əsəri həqiqətən də xoşbəxtlik elminin açarıdır. Bu əsərdə əxlaq, mənəviyyat, ləyaqət məsələlərinin işığında türk dövlət modeli işlənib hazırlanmışdır. Dövlət quruculuğu, ordu təşkili, dövlət orqanları, demokratik prinsiplər və b. məsələlər bu möhtəşəm əsərdə diqqətə çatdırılır. Yusif Xas Hacib insan xoşbəxtliyinin dört ünsürlə əlaqəli olduğuna diqqət çəkmişdir. Bunlardan birincisi, ədalət prinsipidir, xüsusilə, dövlət başçılarında olmalıdır. İkincisi dövlətdir, hər vətəndaşın arxası, dayağı kimi qəbul edilir, xalqın rifahının qarantıdır. Üçüncüsü idrakdır, insanda ən dəyərli cövhər olaraq qəbul edilir. Dördüncüsü, təsərrüfdür ki, insan sağlamlığına xidmət edər. Bu keyfiyyətlər şairin təqdim etdiyi Turan dövlətinin təmsilçilərində vardır. XI yüzildə yazılmasına baxmayaraq, bugün də dövlət qurma, idarəçilik, idarəedici adamların seçilməsində bu əsər misilsiz bir nümunədir. Burada şahın xalqa münasibəti, ordunun qorunması, az ordu ilə düşməni məğlubetmə üsulları, səfirlərin seçilməsi, məhkəmə işləri, şahın qoruma sistemi, layiqli xidmətçilərin mükafatlandırılması, xəzinənin doldurulması, iqtisadiyyatın inkişafı, bəylər və bəyliklər, haciblik, xarici işlər nazirinin dövlətin xarici siyasətində rolu məsələləri işıqlandırılmış, hətta dövlət qulluqçularının yemək və içmək, özünü idarə etmək qaydaları da daxil edilmişdir. Yüksək əxlaqi dəyərləri dövlətin idarəedici şəxslərinə aşılayan şair onları pis vərdişlərdən – yalandan, xəsislikdən, əyyaşlıqdan, qumardan, rüşvətdən, oğurluqdan, saxtakarlıqdan uzaq olmağı tövsiyə edir.Keywords : Türk dövləti, Əxlaq, Dövlət Qanunu, Hökmdar, Xalq