- BENGİ Dünya Yörük-Türkmen Araştırmaları Dergisi
- Cilt: 2023 Sayı: 2
- "Azərbaycan" Qəzetində (1947-1949) Milli Publisistika və Maarifçiliyə Baxış
"Azərbaycan" Qəzetində (1947-1949) Milli Publisistika və Maarifçiliyə Baxış
Authors : Ali Farhadov
Pages : 131-149
Doi:10.58646/bengi.1262395
View : 17 | Download : 17
Publication Date : 2023-09-23
Article Type : Research
Abstract :Məqalədə S.C.Pişəvərinin ilk rəhbəri olduğu Azərbaycan Demokrat Firqəsinin (ADF) orqanı olan "Azərbaycan” qəzetinin əsasən 1947-1949-cu il nömrələri əsasında İran Azərbaycanında milli maarifçiliyə baxış təqdim edilmişdir. Qəzet 1945-1946-cı illərdə ADF hökuməti dövründə Təbrizdə və ADF-nin məğlubiyyəti səbəbilə 1947-1949-cu illərdə Bakıda əski əlifba ilə Azərbaycan dilində nəşr olunmuşdur. Qəzetin 1945-1946-cı illərdə 381 nömrəsi, 1947-1949-cu illərdə 128 nömrəsi çap olunmuşdur. Bizdə olan məlumata görə 1947-1949-cu il nömrələri təkcə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi-fond şöbəsində qorunur. "Azərbaycan” qəzetində Qacar və Pəhləvi hakimiyyətinə tənqidi münasibət, ictimai-siyasi, iqtisadi, mədəni proseslərə baxış, dövrün inqilabçı və ziyalılarının əsərlərindən nümunələr, ADF-nin fəaliyyəti və s. məsələlər yer alır. Məqalədə mövzunun geniş təqdimi üçün qəzetin 1945-1946-cı il nömrələrindən, o cümlədən dövrün tarixini işıqlandıran digər qaynaqlardan, S.C.Pişəvərinin çıxış, məqalə və s. əsərlərindən, müxtəlif ədəbiyyatlardan istifadə edilmişdir.Keywords : Pişəvəri, “Azərbaycan” qəzeti, elm, təhsil, publisistika, maarifçilik