MƏSİHİ TƏBRİZİ YARADICILIĞINDA NƏVAİ ƏNƏNƏLƏRİ
Authors : Pari Humbatova
Pages : 25-33
View : 16 | Download : 41
Publication Date : 2024-03-26
Article Type : Research
Abstract :XVI əsrdə yaşayıb-yaratmış Azərbaycan şairlərindən biri də Məsihi Təbrizidir. Şairin əldə olan yeganə lirik şeirlər divanı ilə tanışlıq göstərir ki, o, öz yaradıcılığında Şərq ədəbiyyatna məxsus ənənələrdən bacarıqla istifadə etmişdir. Məsihinin divanında orijinal forma və məzmun xüsusiyyətləri ilə yanaşı, sələflərindən gələn bir çox təsir və bəhrələnmələr də vardır. Məqalədə ilk dəfə olaraq Məsihi Təbrizi ilə böyük özbək şairi Əlişir Nəvai (1441-1501) divanları müqayisəli şəkildə araşdırılaraq onlar arasında forma, janr və məzmun baxımından uyğunluqlar üzə çıxarılır. Qeyd edilir ki, Məsihinin sənətinin formalaşması və inkişafında onun sələfi Əlişir Nəvainin xüsusi yeri və rolu vardır. Şair Nəvai ənənələrindən yaradıcı şəkildə istifadə yolu ilə orijinal bir divan qələmə almışdır. Konkret nümunələr əsasında hər iki şairin özünəməxsus yaradıcılıq imkanları müqayisəli şəkildə araşdırılır, onların arasında nəzərə çarpan sələf-xələflik münasibətləri üzə çıxarılır.Keywords : Mesîhî-i Tebrizî, Ali Şîr Nevaî, Divan, Tahmis, Gazel, Rubai