- Avrasya Uluslararası Araştırmalar Dergisi
- Vol: 5 Issue: 11 Special Issue
- ŞIMALİ AZƏRBAYCANIN QARABAĞ REGİONUNDA KİTAB İŞİ VƏ MƏTBUAT (XIX – XX ƏSRİN ƏVVƏLLƏRİ)...
ŞIMALİ AZƏRBAYCANIN QARABAĞ REGİONUNDA KİTAB İŞİ VƏ MƏTBUAT (XIX – XX ƏSRİN ƏVVƏLLƏRİ)
Authors : Rena Bahişova
Pages : 69-84
Doi:10.33692/avrasyad.509561
View : 9 | Download : 5
Publication Date : 2017-07-15
Article Type : Research
Abstract :XIX əsr Azərbaycanın yazı mədəniyyətinin inkişaf etdirilməsində mühüm dövr kimi qiymətləndirilir. Kitab işi və kitabçılıq ənənəsi dövrün mədəniyyətinin önəmli hissəsini təşkil edir. Kitab sənətinin inkişaf etdirilib yayılması üçün həmin dövrdə mətbəələr fəaliyyətə başladı. Araşdırmalardan məlum olur ki, o dövrdə Şimali Azərbaycanda Bakı və Şuşadan başqa heç bir yerdə mətbəə yox idi. XX əsrin əvvəlləri Azərbaycan kitab nəşri tarixində yeni mərhələ başladı. Elmin müxtəlif sahələrinin inkişafı ilə əlaqədar kitaba olan təlabat mətbəələrin sayının artmasına səbəb olmuş, onların maddi-texniki bazası möhkəmlənmiş, yüksək çap texnikası ilə təchiz edilmişdi. Kitabçılıq sənətinin inkişafı və məktəblərin yaranması xalqın savadlanmasında mühüm rol oynayan ictimai və məktəb kitabxanalarının yaranmasına gətirib çıxartdı. XIX əsrin ortalarından başlayaraq dünyada baş verən proseslər, Rusiya imperiyasının daxilindəki hadisələr fonunda Azərbaycan xalqının milli dirçəliş yoluna qədəm qoyması milli mətbuatımızın təşəkkülünə rəvac verdi. Milli mətbuatın təşəkkül tapması ictimai-milli şüurumuzun inkişafı ilə eyni tarixi mərhələyə təsadüf edir, Milli mətbuat dövlət və dövlətçilik ideyalarının formalaşması, ictimai münasibətlərə hazırlanmasında əvəzolunmazdır rola malikdir.Keywords : Şimali Azərbaycan, Qarabağ regionu, kitab isi, kitabxana