- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 6 Issue: 2
- AZƏRBAYCAN DİLİNDƏ NİDA MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ TƏDQİQİ (MAHMUD KAŞĞARİNİN "DİVANİ-L...
AZƏRBAYCAN DİLİNDƏ NİDA MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ TƏDQİQİ (MAHMUD KAŞĞARİNİN "DİVANİ-LÜĞƏT-İT-TÜRK" ƏSƏRİ ƏSASINDA)
Authors : Güdsiyye Gemberova
Pages : 357-367
Doi:10.30563/turklad.1204393
View : 8 | Download : 9
Publication Date : 2022-12-20
Article Type : Research
Abstract :Azərbaycan dilinin tarixi məsələlərinin doğru çözümündə M.Kaşğarinin "Divani-lüğət-it-türk” əsərinin xüsusi yeri vardır. Tarixi morfologiyanın, eləcə də digər səviyyələrdə mühüm problemlərin bu abidənin materialları əsasında tədqiqi müasir araşdırmalarda vacib məsələdir. Düşünürük ki, Azərbaycan dilində nidaların tarixi inkişafını öyrənmək maraqlı nəticələrə gəlməyə imkan verəcəkdir. Qeyd etmək lazımdır ki, Mahmud Kaşğari "Divan”ın lüğət-sözlüyünə nidaları da daxil etmişdir. Bu da tətbiqi dilçilikdə nidaların lüğəvi mənasının olmaması ilə bağlı olan yanlış fikirləri tamam alt-üst edir. Nidalar məzmunca bitmiş fikri ifadə etməklə bərabər, semantik baxımdan emosional, imperativ, vokativ və s. mahiyyət daşıyır. Nidaların tədqiqatında, əsasən, hiss və duyğuların ifadəsinə aid olan dil faktları öyrənilir. Digər növlər isə köməkçi nitq hissələrinin tərkibində ümumi halda qalır. Əslində, nidalar adı altında toplanmış belə sözlərin bir qismi hal-hazırda vokativlər kimi araşdırılır. Düşünürük ki, eyni fikirləri imperativ nidalar barədə də söyləmək mümkündür. Məqalədə Azərbaycan ədəbi dilində və şivələrdə daha intensiv olan nidalara diqqət verilir. Məsələn, Ay!/Az!; Əyə!/Əkə! və s. kimi insana aid olan nidalarla bərabər, insanın diğər canlılara görə istifadə etdiyi vokativ nidalar da tədqiqat obyektidir. Bu sıraya qədim türklərin ata, öküzə, oğlaqa, dəvəyə, şahinə və s. aid vokativ nidaları daxildir. İnsanın ünsiyyət ehtiyacının ilk səsli ifadəsi olan nida morfemlərinin araşdırılması onların özünün morfonoloji izahı əsasında yerinə yetirilir. Bu zaman ortaya çıxan faktlar nida morfemlərin etimoloji çözümünə imkan verir və eyni zamanda həmin morfemlərin dildə sözyaratma imkanlarını açıb göstərir.Keywords : Azərbaycan dili, nida morfemləri, tarixi-dialektoloji, Divani-Lüğət-it-Türk