- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 6 Issue: 2
- AZƏRBAYCAN DİLİ VƏ TÜRKİYƏ TÜRKCƏSİ DİALEKTLƏRİNDƏ YAD DİLİN İZLƏRİ
AZƏRBAYCAN DİLİ VƏ TÜRKİYƏ TÜRKCƏSİ DİALEKTLƏRİNDƏ YAD DİLİN İZLƏRİ
Authors : Zabitə Teymurlu
Pages : 383-390
Doi:10.30563/turklad.1200829
View : 7 | Download : 4
Publication Date : 2022-12-20
Article Type : Research
Abstract :Məqalədə Azərbaycan və türk dilləri dialektlərində işlənmiş ortaq alınma sözlərin bir sıra mühüm xüsusiyyətləri üzə çıxarılmış, alınmaların etimoloji aspektdə təhlili tədqiqata cəlb olunmuşdur. Qeyd olunan dialektlərdə işlənmiş bir sıra alınma sözlərin mənşəyi ilə bağlı məsələlər araşdırılmış və həmin alınma sözlərin spesifik xüsusiyyətləri təhlil edilmişdir. Burada bir-birinə yaxın iki qohum dilin- Azərbaycan və türk dillərinin dialekt və ədəbi dil leksikasında ortaq alınma dialektizmlərin aşkar olunması istiqamətində tədqiqat aparılmışdır. Tədqiqata cəlb olunan türk dillərində ərəb və fars mənşəli leksik vahidlərin izləri müşahidə edilmişdir. Alınmalar dilə ya birbaşa, ya da dolayı yolla öz təsirini göstərmişdir. Maraqlısı budur ki, yad dilin izlərinə Azərbaycan və türk ədəbi dillərində təsadüf etdiyimiz kimi həmin dillərin dialektlərində də aşkar edilmişdir. Bəzi alınmaların sadəcə dialektlərdə, bəzilərinin isə həm ədəbi dildə, həm də dialektlərdə istifadəsinə təsadüf edilmişdir. Ədəbi dil-dialekt və dialekt-dialekt müstəvisində təsadüf edilən alınmaların mənşəyi haqqında sanballı lüğətlərdən məlumatlar toplanaraq dəqiqləşdirilmişdir.Araşdırma zamanı hər iki dilin dialektlərini əks etdirən lüğətlərdən istifadə edilmişdir. Azərbaycan və türk ədəbi dillərində alınma sözlər kifayət qədər tədqiq edilmişdir, lakin dialekt səviyyəsində müqayisəli şəkildə alınma sözlər tədqiqata demək olar ki, cəlb olunmamışdır. Bu baxımdan Azərbaycan və türk dillərinin dialekt və ədəbi dil leksikasında alınma sözlərin öyrənilməsi aspektində aparılan tədqiqat işi aktuallıq kəsb edir.Keywords : Azərbaycan Dili, Türkiyə Türkcəsi, Ədəbi Dil, Dialekteloji Vahid, Alınma Söz