- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 6 Issue: 1
- AĞQOYUNLU TÜRKMAN ŞAİRİ ƏFSƏHƏDDİN HİDAYƏT YARADICILIĞI TÜRK XALQLARI ƏDƏBİYYATININ KLASSİK ƏNƏNƏLƏR...
AĞQOYUNLU TÜRKMAN ŞAİRİ ƏFSƏHƏDDİN HİDAYƏT YARADICILIĞI TÜRK XALQLARI ƏDƏBİYYATININ KLASSİK ƏNƏNƏLƏRİ İŞIĞINDA
Authors : Aida Babutcu
Pages : 29-48
Doi:10.30563/turklad.1021960
View : 15 | Download : 3
Publication Date : 2022-06-20
Article Type : Research
Abstract :Araşdırıldıqca yeni ədəbi ünvanlar və faktlarla zənginləşən Azərbaycan ədəbiyyatı XV əsrdə yetişən şairlərin müqayisəli ədəbi əlaqələr işığında tədqiqləri ilə yeni səhifələr qazanmışdır. Ağqoyunlu dövründə yaşamış, bu dövlətin Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqub kimi üç hökmdarını görmüş Əfsəhəddin Hidayət bir sərkərdə kimi həm tarixi gedişatların iştirakçısı, həm də bir şair kimi türkcə divanı ilə milli ədəbi irsin təmsilçisi olaraq orta əsr məxəzlərində qarşımıza çıxır. Himayəsində yaşadığı dövlətin layiqli təmsilçisi olan Əfsəhəddin Hidayət dövrünün ədəbi mühitini yaxşı mənimsəmiş, şeir və sənətə dərindən aşina olmuş, fitri istedadı və xəlqi üslubu ilə həmdövrlərindən seçilmişdir. Təəssüf ki, Hidayətin əsərlərindən günümüzə sadəcə türkcə Divanı gəlib çatmışdır. Əsl adı tarixi qaynaqlarda Əmir Əfsəhəddin Hidayətullah bəy, şeirdə təxəllüsü isə Hidayət olaraq anılmışdır. Qardaşı İnayətullah bəyin də şair olduğunu sadəcə dövrün tarixçisi Dəvvaninin əsərlərindən öyrənə bildik, lakin qardaşının heç bir əsəri əlimizə gəlib çatmamışdır. Ümumiyyətlə, şairin həyatı və yaradıcılığı haqqında orta əsr qaynaqlarında məlumat azdır. Hidayət Azərbaycan Türk ədəbiyyatı tarixində sərkərdə-şair olaraq ilk dəfə mərhum professor Əzizağa Məmmədov tərəfindən tanıdılmış, yalnız şair haqqında ilk sistemli elmi tədqiqatlar tərəfimizdən aparılmış, mövcud əlyazma nüsxələrindən əsas mətn bərpa edilərək Divanı nəşr etdirilmişdir. Hidayət şeirlərində Əhməd Yəsəvi, Yunus Əmrə, Mövlanə Rumi, Nizami Gəncəvi, Nəsimi, Xətai, Nəvai kimi ustadların ədəbi izləri görülmektedir. Füzuli sənətkarlığında isə Hidayətin ən zərif, şairanə misralarının sorağı vardır. Məqaləmizdə Hidayət təxəllüsü ilə şeirlər yazmış bu şairin özünəqədərki Türk ədəbiyyatından istifadə məharəti və özündən sonrakı ədəbiyyatımıza ədəbi təsirləri xələflik vəfası və sələflik məqamı şəklində ələ alınmışdır.Keywords : Ağqoyunlu, Türkman, Əfsəhəddin Hidayət