- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 5 Issue: 2
- "KOROĞLU" DASTANINDA DÜŞMƏN OBRAZLARI
"KOROĞLU" DASTANINDA DÜŞMƏN OBRAZLARI
Authors : Naile Asker
Pages : 273-279
Doi:10.30563/turklad.999961
View : 20 | Download : 12
Publication Date : 2021-12-20
Article Type : Research
Abstract :Türk xalq ədəbiyyatının həcminə görə ən böyük epik əsəri dastanlardır. Dastanlar bədii- obrazlı bir dillə tarixi hadisə və qəhrəmanlıqları dövrümüzə daşımışdır. Bu baxımdan türklərin və onlarla qonşu xalqların yaddaşında dərin yer etmiş dastanlardan biri də "Koroğlu” dastanıdır. Dastan təşəkkül dövrünün qədimliyinə və yayılma arealının genişliyinə görə iki böyük versiyaya ayrılmışdır. Şərq və Qərb versiyaları adlanan bu versiyalar daxilində dastanın beş yüzə yaxın variantı mövcuddur. "Koroğlu” dastanının Azərbaycan və türkmən variantları , demək olar ki, hər iki versiyanı əhatə etdiyi üçün bu variantların problemlərinin öyrənilməsi bütün dastanı öyrənmək baxımından əhəmiyyət kəsb edir. Bu məqalədə "Koroğlu” dastanının Azərbaycan və türkmən variantlarınında yer alan qəhrəmanlar müsbət və mənfi cəhətləri ilə müqayisəli olaraq təhlil edilir, düşmən obrazları haqqında bilgi verilir.Keywords : “Koroğlu” dastanı, qəhrəman, düşmən orbazı, türkmən, dastan