- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 5 Issue: 2
- AĞAMUSA AXUNDOVUN YARADICILIĞINDA AZƏRBAYCAN NƏSRİNİN DİL PROBLEMLƏRİ
AĞAMUSA AXUNDOVUN YARADICILIĞINDA AZƏRBAYCAN NƏSRİNİN DİL PROBLEMLƏRİ
Authors : Çinarə Yolçubəyli
Pages : 337-343
Doi:10.30563/turklad.879886
View : 15 | Download : 4
Publication Date : 2021-12-20
Article Type : Research
Abstract :Nəsr dili Ağamusa Axundovun yaradıcılığında xüsusi tədqiqat obyekti olaraq dərindən və ətraflı araşdırılmış, janrın dil-üslub problemlərinin ən mühüm məsələləri haqqında orijinal elmi-nəzəri mülahizələr yürüdülmüşdür. Nəsr dilinin tədqiqi və təhlili görkəmli dilçilik mütəxəssisinin araşdırmalarında sistemli və ardıcıl şəkildə şərh olunmuş. Azərbaycan filologiyasında poetik linqvistikanın inkişafında müstəsna rol oynamışdır. Nəsrin dil sənətkarlığına diqqət müəllifin bu sahəyə dair elmi-nəzəri mühakimələrinə stimul verdi və nəsr dili A.Axundov tərəfindən günün ən vacib estetik tələbləri səviyyəsindən qiymətləndirildi, nəsr üslubun mühüm və başlıca prinsiplərinin filoloji şərhi geniş vüsət aldı. A.Axundov dilimizin dillə bağlı konsepsiyalarının ən mühüm məziyyətlərini işıqlandırmaq istiqamətində diqqətəlayiq xidmətlər göstərdi. Azərbaycan nəsrinin tükənməz dil materialları əsasında yazıçılarımızın sözə yiyələnmə səviyyəsi, ondan istifadə spesifikası barədə dilşünas alimin mühakimələri orijinallığa və aktuallığa malikdir.Keywords : dil, nəsr, üslub, janr, yazıçı