DƏLİLİK SƏHRASI
Authors : Məhəmmədəli Camalzadə
Pages : 391-401
Doi:10.30563/turklad.779335
View : 17 | Download : 5
Publication Date : 2021-12-20
Article Type : Other
Abstract :Seyid Məhəmmədəli Camalzadə İranın böyük yazıçılarından biri olmaqla yanaşı, elmi tədqiqat, tərcümə, tarix, tənqid və bir çox digər sahələrdə qələmini sınamışdır. O, "یکی بود و یکی نبود” hekayəsi ilə fars ədəbiyyatında və hekayə janrında yeni üslubun və yeni məktəbin bünövrəsini qoymuşdur. Onu yeni fars nəsrinin yaradıcısı hesab edirlər. Məhsuldar fəaliyyət dövrü ərzində bir çox əsərlərin müəllifi olsa da, bir neçə on illər bu əsərlər çap olunmamışdır. Sonrakı illər Tehran Universitetinin və bir sıra alimlərin səyi nəticəsində Seyid Məhəmmədəli Camalzadənin əsərləri kitab halına salınır və çap olunur. "Dəlilik səhrası” (دشت جنون) 2010-cu ildə Əli Dehbaşinin hazırladığı "Məhəmmədəli Camalzadənin seçilmiş əsərləri” adlı topluda müəllifdən təqdim olunan iki romandan biri şəklində yer almışdır və ilk dəfədir Azərbaycan dilinə tərcümə olunur. "Dəlilik səhrası” psixoloji roman hesab oluna bilər. Oxucuya yazıçının insan ruhuna nə dərəcədə bələd olması dərhal bəlli olur. Müxtəlif insan taleləri, cəmiyyətdəki bərabərsizlik, haqsızlıq kimi motivlərin xüsusi vurğulandığı fonda təqdim olunur, bu çətinliklər qarşısında insan ruhunun necə əzildiyi və yox olduğu son dərəcədə gözəl üslubla çatdırılır. Roman həm də Camalzadənin dilçilik, ədəbiyyat, sosiologiya ilə bağlı dərin biliklərini nümayiş etdirir.Keywords : Camalzadə, Dəlilik səhrası, Rəhim