- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 5 Issue: 2
- AZƏRBAYCAN DİLİNİN QARABAĞ DİALEKTİNDƏ ARXAİK SÖZLƏR
AZƏRBAYCAN DİLİNİN QARABAĞ DİALEKTİNDƏ ARXAİK SÖZLƏR
Authors : Meherrem Memmedov
Pages : 241-250
Doi:10.30563/turklad.1001088
View : 25 | Download : 14
Publication Date : 2021-12-20
Article Type : Research
Abstract :Məqalədə Azərbaycan dilinin Qarabağ dialektinin lüğət tərkibində işlənən arxaik sözlər araşdırılır. Öncə Qarabağ dialektinin təşəkkülü, arealı, mövqeyi məsələlərə aydınlıq gətirilir. Hazırda bu dialektin səciyyəvi xüsusiyyətləri, eləcə də arxaik türk sözlərinin intensivliyi bölgədə qədimdən türk tayfalarının məskunlaşmasını təsdiqləyir. Qarabağ dialekti coğrafi mövqeyinə və səciyyəvi dil xüsusiyyətlərinə görə Azərbaycan dili şivələrinin qərb qrupuna daxildir. Bu qrupa Qarabağ dialektindən əlavə, Qazax-Tovuz, Gəncəbasar, Borçalı və Qərbi Azərbaycan şivələri aiddir. Qarabağ şivələri geniş arealı əhatə edir, bir-birindən mövqeyinə görə fərqlənir. Bu şivələrin əksəriyyətində qərb dialektinin xüsusiyyətləri işlənir, Cəbrayıl, Zəngilan, Qubadlı şivələri isə keçid xarakterlidir; qərb və cənub dialektlərinin xüsusiyyətlərinə malikdir. Qarabağ dialektinin lüğət tərkibi iki hissədən-Azərbaycan ədəbi dili ilə ümumi leksika və məhəlli dialekt sözlərindən ibarətdir. Ədəbi dillə ümumi leksika ümumxalq səciyyəli sözlərdən ibarət olub üstünlük təşkil edir. Məhəlli dialekt sözləri isə yalnız bu region üçün xarakterikdir. Belə sözlər Qarabağ dialektini həm ədəbi dildən, həm də digər şivələrdən fərqləndirir. Bunlarla yanaşı, dialektin lüğət tərkibində müasir Azərbaycan ədəbi dilində arxaikləşən, lakin bu bölgədə işlənən qədim türk sözləri də yayılmışdır. Arxaik sözlər müxtəlif şəkildə mühafizə olunmuşdur; ilkin forma və mənasında vəya mənanın sabit qalması ilə, formanın dəyişməsi, eləcə də forma və mənanın dəyişməsi nəticəsində ilkin mənasına yaxın şəkildə qorunub saxlanmışdır. Məqalənin obyekti Azərbaycan dilinin Qarabağ dialektində işlənən arxaik qədim türk sözləridir. Araşdırmanın əsas məqsədi Qarabağ dialektində işlənən arxaik sözləri ədəbi dillə müqayisədə seçib Azərbaycan dilinin digər şivələrinə nisbətdə həmin sözlərin arealını, kəmiyyətini, qədim və müasir fonetik tərkibini, eləcə də mənasını müəyyən etmək, qədim türk yazılı abidələrin, müasir türk dilləri və dialektlərinin materialları əsasında tarixi inkişafını izləməkdir.Keywords : Forma, Qarabağ, Şivə, Qədim Sözlər, Məna