- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 5 Issue: 1
- AZƏRBAYCAN DİLİNİN ŞİVƏ XÜSUSİYYƏTLƏRİ QAQAUZ DİLİNDƏ
AZƏRBAYCAN DİLİNİN ŞİVƏ XÜSUSİYYƏTLƏRİ QAQAUZ DİLİNDƏ
Authors : Sevinc Qemberova
Pages : 77-86
Doi:10.30563/turklad.787967
View : 18 | Download : 8
Publication Date : 2021-06-20
Article Type : Research
Abstract :Məqalədə türk dilləri ailəsinin qərbi oğuz qrupuna daxil olan Azərbaycan dilinin şivələri və qaqauz dilində olan ortaq fonetik, leksik və qrammatik xüsusiyyətlər ortaya çıxarılaraq tədqiqata cəlb edilmişdir. Azərbaycan dilinin şivələrinə məxsus olan bir çox xüsusiyyətlər qaqauz dilində ədəbi dil səviyyəsində müşahidə edilir ki, onların da varlığının səbəbi tarixin lap qədim qatlarına gedib çıxır. Görkəmli türkoloq Fərhad Zeynalov haqlı olaraq göstərmişdir ki, dialektlərin öyrənilməsi türk dillərinin tarixini öyrənmək problemi ilə üzvi surətdə bağlıdır. Tədqiqat işində qaqauz dilində olan fonetik xüsusiyyətlərin (saitlərin sonrakı uzanması, ahəng qanununun pozulması, diftonqlaşma və s.), lüğət tərkibindəki qədim türk leksik qatına məxsus sözlərin, təsirlik halda –yı şəkilçisinin istifadə edilməsinin Azərbaycan dilində dialekt səviyyəsində mövcud olması müqayisəli şəkildə işıqlandırılmışdır. Müqayisələr faktlar və nümunələrlə əsaslandırılmış, yeri gəldikcə hər iki dilə məxsus olan materiallara və bədii ədəbiyyat nümunələrinə müraciət olunmuşdur. Qaqauz ədəbi dilində istifadə olunan dil elementlərinə ən çox Azərbaycan dilinin qərb şivələrində rast gəlinir. Bu da qərb şivələrinin yerləşdiyi ərazinin hələ lap qədim zamanlardan türk tayfalarının məskəni olması ilə izah edilir. Toponimik adlar və folklor nümunələri də bu faktı təsdiq etməkdədir. Qorqudşünaslar göstərmişlər ki, iç Oğuz Kürlə Araz qovşağında (Aranda) yerləşən torpaqları əhatə etmişdir. Ortaq izoqlossların varlığını müəyyən qədər cənub və şimal-şərq şivələrində də müşahidə etmək olar.Keywords : Azerbaycan, Qaqauz, Dil, Şive