- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 4 Issue: 2
- RUSİYA FEDERASİYASININ AZSAYLI TÜRK XALQLARINA QARŞI DİL SİYASƏTİ
RUSİYA FEDERASİYASININ AZSAYLI TÜRK XALQLARINA QARŞI DİL SİYASƏTİ
Authors : Elçin Ibrahim
Pages : 206-228
Doi:10.30563/turklad.745680
View : 20 | Download : 7
Publication Date : 2020-12-20
Article Type : Research
Abstract :Rusiyanın ruslardan başqa digər yerli xalqlara qarşı tətbiq etdiyi dil siyasətini iki dövrü bölmək olar; Çar Rusiyası, Sovet İttifaqı dövrü. Çar Rusiyası dövründə müharibələr nəticəsində ələ keçirilən bölgələrdəki yerli xalqlar üzərində "ruslaşdırma” siyasətini yürüdən dövlət, insanları zorla xristianlaşdırıb onlara rus adları verdikdən sonra, kimlik dəyişdirmənin tədricən özlüyündən baş verəcəyinə inanırdılar. Dolayısıyla bu dövrdə dövlətin rus dilini azsaylı xalqlara tətbiq etmək kimi bir dil siyasəti həyata keçirməsindən danışmaq doğru olmazdı. Bu səbəblə, hazırda tatarların bir hissəsi, ana dillərini danışsalar da rus ad və soyadı daşıyırlar. SSRİ dövründə Qafqaz, Mərkəzi Asiya və Ural bölgələrində yaşayan yerli xalqların ana dillərinə dövlət tərəfindən təzyiqin tətbiq olunduğu bir dövrdür. Qafqaz və Mərkəzi Asiyadakı xalqların istifadə etdiyi ərəb əlifbasından narahatlıq yaşayan bolşevik rejimi, bu xalqları 1920-1930-cu illərdə əvvəlcə latın, daha sonra da kiril əlifbasına qəbul etdirmək məcburiyyətində qalmışdı. Bu gün Rusiyada çoxlu sayda azsaylı türk xalqı yaşayır. Rusiya Federasiyasında həyata keçirilən dil siyasəti və dillə bağlı qəbul edilən qanunlar orada yaşayan azsaylı türk xaqlarının dillərini təhlükə və problemlərlə üz-üzə qoymuşdur. Araşdırmamızda xüsusilə Rusiyada XX əsrin əvvəllərindən başlayaraq günümüzə qədər azsaylı türk xalqlarının dil statuslarının vəziyyəti, onların dillərinə qarşı aparılan dil siyasəti nəzərdən keçirilmiş, dövlətin aldığı qərarlar təhlil edilmişdir.Keywords : Çarlıq Rusyası, Sovyetler Birliği, Dil politikası, Kiril alfabesi, azınlık Türkler, Türk dilleri