- Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKLAD)
- Vol: 4 Issue: 1
- AZƏRBAYCAN ƏFSANƏLƏRİNİN SÜJET XÜSUSİYYƏTLƏRİ
AZƏRBAYCAN ƏFSANƏLƏRİNİN SÜJET XÜSUSİYYƏTLƏRİ
Authors : Elnara Amirli
Pages : 120-127
Doi:10.30563/turklad.721833
View : 23 | Download : 8
Publication Date : 2020-06-20
Article Type : Research
Abstract :Epik folklorun kiçik həcmli janrı olan əfsanələr özünəməxsus süjet quruluşuna malikdir. Əfsanələr bir qayda olaraq epizodik hadisədən ibarət olur. Əfsanələr etioloji xüsusiyyətə malik olduğu üçün həmin epizodik hadisə də yaranışın gerçəkləşməsi ilə nəticələnir. Əfsanə süjetini öyrənmək üçün yaranışın əsasında dayanan hadisəni: baş vermiş möcüzənin səbəblərini, möcüzənin şəkillərini və yaranmış məfhumu öyrənmək lazımdır. İstinad etdiyimiz bir çox mənbədən Azərbaycan əfsanələrinə xas 163 süjet müəyyən etmişik. Süjetlərin bölgüsü və təsnifi zamanı yaranışı şərtləndirən səbəblər əsas götürülmüşdür. Bu səbəblər, həmçinin qəhrəmanın xarakteri ilə sıx bağlıdır. Əfsanə süjet tiplərinin təsnifi qəhrəmanların xarakterinə görə aparılmışdır. Daha dəqiq desək, əfsanə qəhrəmanlarının əməlləri yaranışı gerçəkləşdirən başlıca amildir. Qəhrəmanın əməlinin xarakterindən qaynaqlandığını nəzərə alsaq, əfsanə qəhrə¬manının xarakterinə görə dəyərləndirilməsi əfsanə süjetinin tədqiqində və təsnifində vacib məsələdir.Keywords : Əfsanə Süjeti, Əfsanə Qəhrəmanı, Epizodik Hadisə, Süjetlərin Təsnifi, Süjet Tipləri