- Uluslararası Türk Dünyası Araştırmaları Dergisi
- Vol: 1 Issue: 1
- AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT İDARƏÇİLİYİ
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT İDARƏÇİLİYİ
Authors : Murteza Hasanoğlu
Pages : 16-22
View : 20 | Download : 6
Publication Date : 2018-08-01
Article Type : Research
Abstract :Məqalədə Azərbaycan Respublikasının zəngin dövlətçilik tarixindən, xüsusilə də Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış olan və Müsəlman Şərqində ilk parlament respublikası sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması araşdırılmışdır.. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.Keywords : Azərbaycan Xalq Cümhuriyyəti, dövlət idarəçiliyi