Identity Of Gilgamesh
Authors : Nazim Huseynli
Pages : 207-218
Doi:10.26899/inciss.122
View : 26 | Download : 4
Publication Date : 2018-10-01
Article Type : Other
Abstract :"Gilqameş dastanı” Şumer ictimai fikrinin inkişafı tarixində mühüm rol oynamış fundamental ədəbi-bədii və fəlsəfi əsərdir. Bu əsərdə süjetlərin bir-birini əvəzləməsi, ideyaların məntiqi-fəlsəfi əsasda qurulması onun dayanıqlılığını təmin edən başlıca amillərdəndir. Məhz bu parametrlər sayəsində əsər dövrdən-dövrə, nəsildən-nəslə keçərək bu günə çatmış, ya bir başa orijinaldan ya da tərcümə olunmuş variantlardan aparıcı dünya dillərinə çevrilmişdir. Bu proses isə həm ontoloji həm də qnesoloji əsasa malikdir. Məqalədə qarşıya goyulan məqsəd Şumerlərin "Gilqameş dastanı”nda Glqameşin kimliyi məsələsinin axtarışından ibarət olduğuna görə məsələnin həllinə dar çərçivədə yanaşılmışdır. Qeyd edilir ki, elmi gündəmdə "Gilqameş Bilqames dastanı”nın Babillərə, Assurlara, Hettlərə məxsusluğu haqqında fikirlərin mövcudluğu dastanın baş qəhrəmanının kimə məxsus olması məsələsini müzakirə obyektinə çevirir. Odur ki, bu istiqamətdə hərəkət edərkən İkiçayarasında tarixi baxımdan adları çəkilən etnoslardan öncə yaşamış və sivilizasiya yaratmış Şumerlərin tarixinə diqqət yetirilir. Dastan və aparılan tədqiqatlar göstərir ki, Şumerlərin müxtəlif dövrlərdə mövcud olmuş hökmdar sülalələrinin bir qismi mifik, digərləri isə tarixi şəxsiyyətlərdir. Uruq hökmdarı və qəhrəmanı Gilqameş’in mifik yox, tarixi şəxsiyyət olduğu faktlarla əsaslandırılmış və bu baxımdan Gilqameş’in kimliyi məsələsinə tarixilik və məntiqilik prizmasından yanaşılmışdır. Gilqameş’in kimliyi və onun haqqında dastanın tarixi məsələsi ilə bağlı müxtəlif Şumerşünas alim və tədqiqatçıların fikirləri müqayisəli təhlil edilmiş, bəzi şübhəli məsələlərə aydınlıq gətirilmiş, eposun Şumer mənşəli olduğunu təsdiqləyən məqamlar önə çəkilmişdir. Müəllif qarşıya qoyulan məsələni həll etmək üçün onun qoyuluşuna tarixlik və məntiqilik, genetik və funksional prizmadan yanaşmış, öncədən mövcud olan Şumer-Akkad-Babil-Assur münasibətlərinin statusunu düzgün dəyərləndirmək üçün onların genezisini aydınlaşdırmışdır. Müxtəlif tarixi faktlarla və məntiq təhlillə dastanın epik poemanın Şumerlilərə məxsus olduğunu bir daha göstərmişdirKeywords : Gilqameş, dastan, Şumer, kimlik, etnos, etimologiya, Akkad, Babil, Assur, Hett, dil