- Rast Müzikoloji Dergisi
- Vol: 4 Issue: 2 Special Issue
- Azərbaycan Muğami və Özbək Şaşmakomunun Müqayisəli Tədqiqi Məsələləri
Azərbaycan Muğami və Özbək Şaşmakomunun Müqayisəli Tədqiqi Məsələləri
Authors : Gülnar Verdiyeva
Pages : 1205-1210
View : 10 | Download : 3
Publication Date : 2016-08-15
Article Type : Research
Abstract :Hər bir xalqda şifahi ənənəli professional musiqi sənəti qorunaraq, gələcək nəsillərə ötürülür. Azərbaycan muğamı, Özbək-tacik şaşmakomu ümumi bir kökdən qidalanaraq, ümumilikdə Şərq musiqisinin bünövrəsini təşkil edir. Eyni zamanda, bunların hər birinin özünəməxsus inkişaf tarixi, ifaçılıq üslub xüsusiyyətləri vardır. Hər bir xalqda şifahi ənənəli professional musiqi sənəti qorunaraq, gələcək nəsillərə ötürülür. Elmi tədqiqatlarda muğam, məqam, makam mədəni-tarixi kontekstdə şərh olunur, hər bir halda makam sisteminə əsaslanır, melodik və ritmik xüsusiyyətləri ilə, ifaçılıq tərzi ilə diqqəti cəlb edir. Muğamların oxunması bir yaradıcılıq prosesi olub, ifaçının – yaradıcının ədəbi, fəlsəfi, estetik yanaşma tərzini özündə cəmləşdirir. Şərqdə inkişaf etmiş digər şifahi ənənəli musiqi janrların əsasını ciddi modal struktur, məqam/makam sistemi təşkil edir. Ayrı-ayrı regionlarda müxtəlif cür adlandırılsa da (muğam, məqam, makam, mukam), mahiyyətcə, eyni mənanı kəsb edir və iri həcmli silsilə şəkilli vokal-instrumental musiqi əsəri kimi yozulur.Keywords : muğam, şaşmakom, şifahi ənənələr, modal struktur, silsiləvi forma